PDF Oxu

Dünya

  • 853

Obamanın potensial rəqibi Çindəki səfir postundan istefa verib

Obamanın potensial rəqibi Çindəki səfir postundan istefa verib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, yanvarın 31-də ABŞ-ın Çindəki səfiri Con Xantsmen tutduğu vəzifədən istefa vermişdir. C.Xanstmen ABŞ prezidenti Barak Obamaya göndərdiyi məktubda səbəbini izah etmədən, ondan xahiş etmişdir ki, 2011-ci ilin 30 aprelinədək onu Çin səfiri postundan azad etsin. Politoloqlar belə hesab edirlər ki, C.Xantsmenin istefası təmsilçisi olduğu Respublikaçılar Partiyasının 2012-ci il prezident seçkilərində namizədliyini irəli sürməsi ilə bağlıdır. Əvvəlki prezident seçkilərində C.Xantsmen B.Obamanın rəqibi Con Makkeynin seçki qərargahına başçılıq etmişdir. C.Makkeynin məğlubiyyətindən sonra Respublikaçılar Partiyası növbəti prezident seçkilərində real namizədlərdən birinin C.Xantsmen olduğu qənaətinə gəlmişdir. Ekspertlər belə hesab edirlər ki, B.Obama 2009-cu ilin mayında C.Xantsmeni Çinə səfir göndərərkən, özünün potensial rəqibini neytrallaşdırmaq məqsədi güdmüşdür. C.Xantsmen Çinə səfir təyin edilməmişdən əvvəl Yuta ştatının qubernatoru olmuşdur. Ağ Evin rəsmi nümayəndəsi Robert Gibbs yanvarın 31-də keçirdiyi brifinqdə Çin səfirinin istefasını şərh edərkən, C.Xantsmenin prezident seçkilərində iştirak edəcəyindən xəbərdar olmadığını bəyan etmişdir.

Digər xəbərlər