PDF Oxu

Dünya

  • 838

Avropa Birliyi Belarusa münasibətdə sanksiya tətbiq edib

Avropa Birliyi Belarusa münasibətdə sanksiya tətbiq edib
"İTAR-TASS" informasiya agentliyinin yaydığı məlumata görə, Avropa Birliyi Belarusa münasibətdə sanksiya tətbiq etmək qərarı qəbul etmişdir. Qərar xarici işlər nazirlikləri səviyyəsində qəbul edilmişdir. AB rəsmisi sanksiya ilə əlaqədar demişdir: "Biz Belarus hökuməti ilə dialoq imkanını qoruyub-saxlayacaq və aramızdakı körpülərin hamısını yandırmağa cəhd etməyəcəyik". İlkin məlumata görə, Belarus hökumətinin 158 rəhbər nümayəndəsinin Avropa Birliyinə getməsinə qadağa qoyulmuşdur. Həmin məmurların Avropa banklarında hesablarının üzə çıxacağı təqdirdə, hər biri dondurulacaqdır. "Qara siyahı"ya Belarus prezidenti Aleksandr Lukaşenko, onun böyük oğulları Viktor və Dmitri, o cümlədən, digər Belarus məmurları düşmüşlər. Belarus xarici işlər naziri Sergey Martınov və baş nazirin birinci müavini Vladimir Semaşko bu siyahıya düşməmişdir. Avropa Birliyinin başlıca tələbi siyasi məhbusların azadlığa buraxılmasıdır. Söhbət 2010-cu ilin dekabrında keçirilən mitinqlərdə həbs edilmiş müxalifət liderlərinin buraxılmalarından gedir. O vaxt 600-ə yaxın nümayişçi həbs edilmişdi.

Digər xəbərlər