PDF Oxu

Dünya

  • 732

İsrail Misirin Sina yarımadasına ordu çıxarmasına icazə verib

İsrail Misirin Sina yarımadasına ordu çıxarmasına icazə verib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, yanvarın 31-də İsrail hökuməti silahsızlaşdırılmış sahə elan edilmiş Sina yarımadasına Misirin ordu çıxarmasına icazə vermişdir. 1978-ci ildə Kepm-Devid sülh razılaşmasının imzalanmasından sonra ilk dəfədir ki, İsrail bu cür addım atır. Misir ordusunun iki batalyonu İsrail sərhədində yerləşən Şərm-əl-Şeyx kurort şəhəri yaxınlığında yerləşdirilmişdir. Bu, İsrail sərhədindən 180 kilometr aralıdır. Sina yarımadasında, hələlik, 800 əsgər yerləşdirilmişdir. Misir ordusunun bu ərazidə yerləşdirilməsi yanvarın 25-dən etibarən başlanmış etiraz aksiyaları ilə əlaqədardır. İsrail tərəf bu hərəkəti ilə Hüsnü Mübarək əleyhinə olan etirazları yumşaltmaq mövqeyi tutur. İsrail və Misir dövlət başçıları tərəfindən Kemp-Deviddə imzalanmış razılaşma sənədi Sina yarımadasında Misir ordusunun miqdarının məhdudlaşdırılmasını nəzərdə tutur. Bunun müqabilində İsrail hökuməti yarımadanı Misirə qaytarmağa hazır olduğunu bildirmişdir.

Digər xəbərlər