PDF Oxu

Dünya

  • 1 902

Doku Umarovun qardaşı İtaliyada həbs edilib

Doku Umarovun qardaşı İtaliyada həbs edilib
"ANSA" İtaliya informasiya agentliyinin yaydığı məlumata görə, Doku Umarovun qardaşı 35 yaşlı Ruslan Umarov yanvarın 30-da İtaliyada həbs edilmişdir. İtaliyanın hüquq-mühafizə orqanı əməkdaşları Ruslanı Fransadan Mestle stansiyasına gedərkən qatardan düşürmüşlər. İlkin məlumata görə, Ruslan İtaliyaya gedib, qaçqın statusu almaq məqsədi güdmüşdür. "Azadlıq" radiosunun məlumatına görə, hazırda Ruslan Qorisiya əyalətinin qeyri-leqal mühacirlərin yerləşdiyi müvəqqəti təcridxanada saxlanılır. D.Umarov çeçen silahlılarının lideri kimi tanınır. Bu şəxs 2004-cü ilin sentyabrında Beslan məktəbində terrorun təşkilində suçlu bilinir.

Digər xəbərlər