PDF Oxu

Dünya

  • 774

Nigeriyada dini qarşıdurma zəminində 35 nəfər həlak olub

Nigeriyada dini qarşıdurma zəminində 35 nəfər həlak olub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Nigeriyada müsəlmanlarla xristianlar arasında baş vermiş qarşıdurma zamanı 35 nəfər həlak olmuşdur. Toqquşma ölkənin şimali-şərq hissəsində yerləşən Bauçi ştatının cənubunda baş vermişdir. Polisin məlumatına görə, yanvarın 30-da metodist kilsəsində törədiləcək terror aktının qarşısı alınmışdır. Kilsəyə gələnlər hüquq-mühafizə orqanlarına bir kişinin kilsəyə çanta ilə daxil olduğunu bildirmişlər. Polis çantada əldəqayırma partlayıcı qurğu aşkar etmişdir. Kişi motosikllə qaçmağa nail olmuşdur. Yanvarın 28-də Plato ştatının paytaxtı olan Cos şəhərində baş vermiş qarşıdurma zamanı 28 nəfər həlak olmuşdur. Burada bir qrup universitet tələbəsi müsəlmanlar tərəfindən qətlə yetirilmişdir. İstirahət günləri ərzində bir neçə xristian kilsəsi, bir məscid, bir neçə yanacaqdoldurma stansiyası, bir neçə ev və bir neçə mağaza yandırılmışdır. Üsyançılar polislərdən birinin başını kəsmişlər. Hadisə yerinə gəlmiş hərbçilər 27 nəfəri həbs etmişlər. Nigeriyanın mərkəzi hissəsində yerləşən Cos şəhərində eyni miqdarda xristian və müsəlman yaşayır. 2010-cu ilin 25 dekabrında Cosda baş vermiş bir neçə terror aktı nəticəsində 32 nəfər həlak olmuşdur. Ölənlər arasında müsəlmanlar, xristianlar və eləcə də, digər din nümayəndələri olmuşdur. Terrorun məsuliyyətini "Boko Haram" radikal islam təriqəti öz üzərinə götürmüşdür. 2010-cu ilin sentyabrında Bauçi şəhərinin həbsxanasından 800 nəfərədək müsəlman məhbus qaçmışdır.

Digər xəbərlər