PDF Oxu

Dünya

  • 705

Tunis hökuməti tərkibində dəyişiklik olub

Tunis hökuməti tərkibində dəyişiklik olub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Tunisin müvəqqəti hökuməti tərkibində dəyişiklik baş vermişdir. Bu dəyişikliklər haqda ölkənin baş naziri Məhəmməd Qannuçi yerli televiziya ilə etdiyi çıxışında bəyanat vermişdir. Burada söhbət, ilk növbədə, müdafiə, xarici işlər və daxili işlər naziri postlarına yeni şəxslərin təyin ediləcəyindən gedir. Müvəqqəti hökumət tərkibindəki dəyişikliklər nümayişlərin ara verməməsinə cavab addımı kimi atılmışdır. Xatırladırıq ki, etiraz aksiyası iştirakçıları keçmiş prezident Zin əl-Abidin Ben Əlinin tərəfdarlarının hamısının hakimiyyətdən uzaqlaşdırılmasını tələb edirlər. "Assoşieyted Press"in qeydinə görə, Nazirlər Kabineti 12 postda dəyişiklik edib. Bunlardan yalnız 3 nəfəri Ben Əlinin başçılıq etdiyi Konstitusiyalı Demokratik Birlik üzvləri olmuşlar. Məhəmməd Qannuçi keçmiş prezidentin vaxtında baş nazir postunu tutması ilə əlaqədar müvəqqəti hökumət tərkibindən imtina etmişdir. Ancaq mitinq iştirakçıları məhz onun da istefasını tələb edə bilər. 1999-cu ildən Tunisdə baş nazir postunu tutmuş M.Qannuçi yalnız ölkədə ilk demokratik seçkilər keçirildikdən sonra istefaya çıxacağını bəyan etmişdir. Onun dediyinə görə, Tunisdə prezident və parlament seçkiləri yarım il ərzində keçirilməlidir. M.Qannuçi seçiləcək yeni hökumətin yeni siyasi islahatlar, yeni seçki və antiterror qanunvericiliyi, o cümlədən, kütləvi informasiya vasitələrinin sərbəstliyin təmin edən qanunvericili aktları üzərində işlənməlidir. Tunis prezidenti Zin əl-Abidin Ben Əli 23 il ərzində bu postu tutduqdan sonra 2011-ci ilin 14 yanvarında ölkə ərazisini tərk etmişdir. Yanvarın 26-da Tunis hökuməti qaçmış prezidentin həbs edilməsi haqda beynəlxalq order imzalamışdır. Tunis hökumətinin məlumatına əsasən, qanun pozuntusunun ilk günlərindən indiyədək Tunisdə 78 nəfər dinc vətəndaş öldürülmüşdür.

Digər xəbərlər