PDF Oxu

Dünya

  • 582

Amerika diplomatı Pakistanda iki qarətçini güllələyib

Amerika diplomatı Pakistanda iki qarətçini güllələyib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ konsulluğunun əməkdaşı Pakistanın Lahor şəhərində onu qarət etmək istəyən iki şəxsə atəş açmışdır. İşıqforda avtomobilində oturmuş diplomatın böyrünə motosikldə iki nəfər yaxınlaşmış və onlardan biri cibindən tapança çıxarmışdır. Onların növbəti addımını gözləməyən diplomat öz tapançasından hər ikisinə atəş açmışdır. Nəticədə, güllə yarası alan həmin şəxslər xəstəxanaya çatdırıldıqdan sonra həlak olmuşlar. ABŞ diplomatı həbs edilmişdir. Pakistan polisinin dediyinə görə, insidentdən sonra diplomatın özü polisə təslim olmuşdur. Diplomatın adı açıqlanmır.

Digər xəbərlər