PDF Oxu

Dünya

  • 1 015

Haiti prezidenti varisindən seçkilərdə iştirak etməməyi tələb edib

Haiti prezidenti varisindən seçkilərdə iştirak etməməyi tələb edib
"Miai Herald" agentliyinin yaydığı məlumata görə, Haitinin "İnite" iqtidar koalisiyası prezidentliyə namizəd kimi irəli sürüldüyü Juda Selestendən seçkilərdə iştirakdan imtina etməyini tələb etmişdir. Haitinin hazırkı dövlət başçısı Rene Pereval koalisiyanın bu tələbini dəstəkləmişdir. Xatırladırıq ki, J.Selesten məhz R.Perevalın siyasi varisi idi. Qalmaqal ötən ilin 28 noyabrında keçirilmiş prezident seçkilərinin birinci turu başa çatdıqdan sonra böyüməyə başlamışdır. İlkin məlumata görə, ikinci tura eks-prezident Mrand Maniqanın arvadı 31 faiz səs toplayaraq keçmişdir. J.Selesten isə 22,5 faiz seçici səsi qazanmağa nail olmuşdur. Seçkilərin rəsmi nəticələri ölkə əhalisi arasında narahatlıq doğurmuşdur. Nümayişçilər belə hesab edirlər ki, bülletelər hesablanarkən çoxlu qanun pozutularına yol verilmişdir. Həmin vaxt musiqişünas Mişel Martellini tərəfdarları ikinci tura onların namizədinin keçə biləcəyini iddia edirdilər. Ölkədə artan narazılığın qarşısını almaq məqsədilə müvəqqəti hökumət səsvermənin növbəti mərhələsini yanvarın 16-da keçirmişdir. Haiti prezidenti Lene Pereval iqtidar koalisiyası üzvləri ilə bir neçə görüş keçirmişdir. "Miami Herald"ın yazdığına görə, J.Selesten bu görüşlərdə iştirak etməmişdir. O, prezidentin əmrinə tabe olmaq istəmədiyini bildirmişdir. "Assoşieyted Press"in qeydinə görə, Haiti qanunçuluğuna əsasən, yalnız namizəd seçkidə iştirak etməkdən imtina edə bilər. Seçkinin ikinci turunun nə vaxt keçiriləcəyi məlum deyil.

Digər xəbərlər