PDF Oxu

Dünya

  • 824

Yəmən küçələrinə minlərlə prezident əleyhdarı çıxıb

Yəmən küçələrinə minlərlə prezident əleyhdarı çıxıb
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, Yəmənin paytaxtı Sanada keçirilən etiraz aksiyalarında nümayişçilər 30 ildən artıq dövlət rəhbəri postunda əyləşmiş Əli Abdullah Salehin istefasını tələb etmişlər. Nümayişlərdə iştirak edənlərin sayı minlərlədir. Nümayişçilər şəhərin 4 məntəqəsinə toplaşmışlar. Onların biri də Sana Universitetinin önü olmuşdur. Xatırladırıq ki, Sana küçələrində dövlət əleyhinə işlədilən şüarlar yaxın günlərdə Tunis prezidenti Zin əl-Abidin Ben Əli devrildiyi vaxtlarda səslənən şüarları xatırladır. Yanvarın 26-sı ərəfəsində Yəmənin cənub hissəsində yerləşən şəhərlərdən birində bir nəfər özünü yandırmağa cəhd etmişdir. "Röyters"in məlumatına görə, nəticədə 25 yaşlı Fuad Sultan ağır yanıq yarası almışdır. Onun özünə qəsd etməsinin səbəbi taksi sürücüsü kimi əldə etdiyi pulla ailəsini dolandıra bilməsi olmuşdur. Xatırladırıq ki, Tunisdə keçirilən etiraz aksiyaları da bir nəfər gəncin özünü yandırmasından sonra güclənməyə başlanmışdır. Meyvə-tərəvəz alveri ilə məşğul olan gəncin sənədi olmadığı üçün polis onun məhsullarını əlindən almışdı. Bir müddət sonra Misirdə bir neçə nəfər işsizliyə, korrupsiyaya və sənaye məhsullarının qiymətlərinin artırılmasına etiraz edərək, özlərini yandırmağa cəhd etmişlər. Yanvarın 26-da baş vermiş qanun pozuntusu zamanı 1000 nəfərədək adam həbs edilmişdir. Nümayişçilərin tələblərindən biri Misir prezidenti Hüsnü Mübarəkin istefası olmuşdur. Yəmən yoxsul ərəb ölkələrindən biridir. Ölkədə işsizliyin həddi 35 faiz təşkil edir. Əhalinin 40 fazdən çoxu gün ərzində 2 dollardan az qazanır. Bununla yanaşı, burada gənclərin sayı digər Yaxın Şərq ölkələrində olduğu kimi kifayət qədər çoxdur.

Digər xəbərlər