PDF Oxu

Dünya

  • 653

İrlandiyanın iqtidar partiyası özünün yeni liderini seçib

İrlandiyanın iqtidar partiyası özünün yeni liderini seçib
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, İrlandiyanın xarici işlər naziri Maykl Martin iqtidarda olan "Fianna Fayl" partiyasının lideri postunu tutmuşdur. Məlumat partiyanın rəsmi "Twitter" mikrobloqundan götürülmüşdür. M.Martin "Finna Fayl"ın lideri postunda ölkənin baş naziri Brayan Koueni əvəz etmişdir. Yanvarın 19-da M.Martin partiyadaşlarının B.Kouenin etimad məsələsinə baxdıqları zaman partiyanın lideri postuna öz namizədliyini irəli sürmüşdür. Həmin gün "Fianna Fayl" üzvlərinin əksəriyyəti B.Koueni dəstəkləmişlər. Ancaq yanvarın 22-də baş nazir partiyanın lideri postundan istefaya çıxmaq istəyinin dövlət vəzifəsindəki işi ilə əlaqədar olduğunu bildirmişdir. M.Martinin partiya lideri olması parlament seçkilərində təsdiq edilməlidir. Rəsmi səsvermənin vaxtı müəyyənləşdirilməsə də, belə ehtimal olunur ki, o, fevralın axırlarından martın ortalarınadək keçirilməli olacaqdır. "Fianna Fayl" bir neçə onillik ərzində İrlandiyanın siyasi səhnəsində öz fəaliyyəti ilə diqqəti cəlb etmişdir. Ancaq 2010-cu ildə iqtisadi böhranla üzləşən İrlandiya Avropa Birliyi və Beynəlxalq Valyuta Fonduna maliyyə yardımı üçün müraciət etdikdən sonra "Fianna Fayl"ın lider postunda əyləşən baş nazir Brayan Kouen dəfələrlə ciddi tənqidə məruz qalmışdır. Bir neçə milyard maliyyə yardımı almaq xatirinə İrlandiya hökuməti 2015-ci ilədək büdcə kəsirini üç faizə qədər endirəcəyini vəd etmişdir. Hökumət kürsüsündə əyləşmiş B.Kouen dövlət xərclərini azaltmış və əhali üzərinə yeni vergi qoymalı olmuşdur. Siyasətçilərin proqnozlarına görə, qarşıdakı parlament seçkilərində "Fianna Fayl" partiyası məğlubiyyətlə üzləşməli olacaqdır.

Digər xəbərlər