PDF Oxu

Dünya

  • 751

Seul Pxenyanla danışıqların şərtini müəyyənləşdirib

Seul Pxenyanla danışıqların şərtini müəyyənləşdirib
"Renxap" informasiya agentliyinin yanvarın 26-da yaydığı məlumatına görə, Cənubi Koreya tərəf KXDR-ə danışıqların ilkin mərhələsini keçirməyi təklif edib və xatırladıb ki, hər iki tərəfin müdafiə nazirliklərinə danışıqların şərti haqda əlavə məlumat veriləcəkdir. Danışıqların polkovniklər və ya generallar səviyyəsində keçiriləcəyi gözlənilir. Cənubi Koreya tərəf şimal qonşulardan tələb edəcəkdir ki, "Çxonan" gəmisindəki qətllərin və Enpxendo adasının atəşə tutulmasının məsuliyyətini öz üzərlərinə götürsün. Bundan başqa, Seul hər iki insidentə görə cənub qonşularından üzr istəməlidir. Görüşün fevralın 11-də hər iki ölkə sərhədində yerləşən Pxanmunçjom yaşayış məntəqəsində keçiriləcəyi gözlənilir. Cənubi Koreya və KXDR arasında münasibətlər ötən il martın 26-da Sarı dənizdə cənublulara məxsus "Çxonan" gəmisi batırıldıqdan sonra gərginləşmişdir. Nəticədə, bu gəminin 46 dənizçisi həlak olmuşdur. Beynəlxalq komissiyanın gəldiyi nəticəyə görə, gəmi KXDR torpedosunun zərbəsindən sonra batmışdır. Pxenyan tərəf bu faktı təkzib etmişdir. Ötən ilin 23 noyabrında KXDR Cənubi Koreyaya məxsus Enpxendo adasını atəşə tutmuşdur. Nəticədə 4 nəfər həlak olmuşdur. 2011-ci il yanvarın 8-də KXDR Cənubi Koreyaya təklif etmişdir ki, danışıqların bərpa edilməsinə razıdır. 2 gün sonra Seul bu təklifi rədd etmişdir.

Digər xəbərlər