PDF Oxu

Dünya

  • 717

Misirdə keçirilən nümayişdə polis öldürülüb

Misirdə keçirilən nümayişdə polis öldürülüb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Qahirədə keçirilmiş etiraz aksiyasında bir nəfər polis əməkdaşı həlak olmuşdur. Misirin Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, başından daş yarası alan polis bir müddət sonra xəstəxanada vəfat etmişdir. Qahirə küçələrinə axışan on minlərlə nümayişçi ölkə prezidenti Hüsnü Mübarəkin istefaya çıxmasını tələb etmişlər. Qarşıdurma zamanı iki nəfər dinc sakin həlak olmuşdur. Onların hər ikisi Süveyş şəhərindən gəlmişdilər. Onlardan biri polisin tətbiq etdiyi zəhərli qazdan boğulmuş, ikincisi isə başından daş yarası aldıqdan sonra həlak olmuşdur. Qahirə etiraz aksiyalarında nümayişçiləri qovmaq üçün polis gözyaşardıcı qaz tətbiq etmişdir. Buna baxmayaraq, nümayişçilər polis kordonunu yarıb, şəhərin baş meydanı hesab edilən Təhrirə daxil ola bilmişlər. Nümayişçilər 30 il hakimiyyət başında olan Hüsnü Mübarəkin istefaya çıxmasını və ölkədə kardinal dəyişikliklərin aparılmasını tələb etmişlər.

Digər xəbərlər