PDF Oxu

Dünya

  • 732

Saakaşvili Rusiyanı timsaha bənzədib

Saakaşvili Rusiyanı timsaha bənzədib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanı onun ölkəsini udmağa hazırlaşan timsaha bənzətmişdir. O, bu bəyanatını "Prezident xalqın suallarına cavab verir" televerilişinin birbaşa efirində vermişdir. Telekörpü rusdilli "Birinci İnformasiyalı Qafqaz" telekanalı tərəfindən təşkil edilmişdir. Gürcüstan əhalisinin suallarına M.Saakaşvili gürcü dilində cavab vermişdir. Onun dediyinə görə, Gürcüstan, Abxaziya və Cənubi Osetiya "vəhşi barbarlar" tərəfindən işğal edilibdir, Rusiyanın "siyasi mentaliteti" isə "yırtıcı timsah" həddindədir. Gürcüstan prezidenti "Domodedovo" aerodromundakı terror aktını Rusiyanın Şimali Qafqazda yürütdüyü səhv siyasətin nəticəsi kimi xarakterizə etmişdir. "2013-cü ildə prezidentlik müddəti başa çatdıqdan sonra baş nazir postunda hakimiyyətdə qalmaq istəyirsinizmi" sualına M.Saakaşvili çaşdırıcı cavab verərək, onun üçün başlıca məsələnin Gürcüstanın marağı olduğunu bildirmişdir. Sual-cavab 3 saat çəkmiş, M.Saakaşviliyə 11 mindən çox sual verilmişdir.

Digər xəbərlər