PDF Oxu

Dünya

  • 756

Obama administrasiyasının keçmiş başçısının Çikaqo meri seçilməsini qadağan ediblər

Obama administrasiyasının keçmiş başçısının Çikaqo meri seçilməsini qadağan ediblər
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Barak Obama administrasiyasının keçmiş başçısı Ram Emanuel Çikaqo meri seçkilərində iştirak edə bilməyəcəkdir. Yanvarın 24-də İllinoys ştatında Apelyasiya Məhkəməsi bu yöndə müvafiq qərar çıxarmışdır. Əsas kimi R.Emanuelin Çikaqo merliyinə namizədliyinə qoyulan tələblərə cavab vermədiyi göstərilir. Çünki seçkilər ərəfəsində bu şəxs bir ildən az Çikaqo şəhərində yaşamışdır ki, bu da şəhər seçki qanunvericiliyi ilə ziddiyyət təşkil edir. Özü Çikaqo sakini olan R.Emanuel 2009-cu ilin yanvarından 2010-cu ilin oktyabr ayının axırlarınadək B.Obama administrasiyasının başçısı postunu tutmuş və bununla əlaqədar Vaşinqtonda yaşamalı olmuşdur.
Çikaqo meri seçkiləri cari il fevralın 22-nə təyin edilmişdir. Çikaqo seçki komissiyasının məlumatına görə, bülletenlərin hazırlanması yanvarın 25-də başa çatmışdır və R.Emanuelin namizədliyi siyahıda göstərilmir.
51 yaşlı R.Emanuelin Çikaqo meri seçkilərində qələbəsi yüksək qiymətləndirilirdi. Onu prezident B.Obama və keçmiş ABŞ prezidenti Bill Klinton dəstəkləyirdi. R.Emanuel Çikaqo meri postuna ərizəsini 2010-cu ilin aprelində təqdim etmişdi.

Digər xəbərlər