2010-cu ildə dünyada işsizliyin səviyyəsi rekord həddə olub
Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmi press-relizində verilən məlumata görə, 2010-cu ildə dünyada işsizliyin səviyyəsi, dünya ölkələrinin tədricən də olsa iqtisadi böhrandan çıxmalarına baxmayaraq, rekord həddə olmuşdur. BƏT-in məlumatına görə, ötən il dünya əhalisinin 205 milyon nəfəri işsiz qalmışdır. 2009-cu ildə də təxminən bu qədər insan özünə iş tapa bilməmişdir. 2007-ci ildə işsizlərin sayı ötən üç illik göstəricidən 27,6 milyon nəfər artıq olmuşdur. Təşkilat mütəxəssisləri 2011-ci ildə dünyada işsizlərin sayı artmaqda davam edəcəkdir. Belə ehtimal edilir ki, işsizlərin sayı il ərzində 6,1 % təşkil edir və 203,3 milyon nəfərə çatacaqdır.
BƏT-in məlumatına görə, 2007-2010-cu illərdə işsizlərin sayı dünyanın inkişaf etmiş ölkələrində artmışdır. Bununla yanaşı, Braziliya, Qazaxıstan, Şri-Lanka, Tayland və Uqanda kimi inkişaf etməkdə olan dövlətlərdə işsizlərin sayı böhrandan əvvəlki göstəricilərdən aşağı olmuşdur. BƏT-in hesabatlarında deyilir ki, 2010-cu ildə gənclər arasında işsizlərin sayı 78 milyon nəfər təşkil etmişdir. Bu da 2007-ci il göstəricilərindən 4,5 milyon nəfər artıq deməkdir. Ancaq 2009-cu illə müqayisədə 2010-cu ildə işsiz gənclərin sayı 2 milyon nəfər az olmuşdur. BƏT qeyd edir ki, 2009-cu ildə dünya üzrə işləyən vətəndaşların 630 milyon nəfəri (20,7%) ailəsi ilə birgə yoxsul vəziyyətdə yaşamışdır. Onlar bir gün ərzində 1,25 dollarla kifayətlənməli olmuşlar.