PDF Oxu

Dünya

  • 934

Lukaşenkonun düşmənləri Litvada nümayəndəlik yaradacaqlar

Lukaşenkonun düşmənləri Litvada nümayəndəlik yaradacaqlar
"Yejednevnik" nəşrinin yazdığına görə, Belarus müxalifəti fəalları Vilnüsdə "Siyasi didərginlər strukturu" yaradacaqlarını bəyan etmişlər. Bu təşəbbüslə müxalifətçi "Avropa Belarusu" təşkilatının lideri Andrey Sannikov və ədəbiyyatçı Vladimir Neklyayev çıxış etmişlər. V.Neklyayevin etibarlı nümayəndəsi olan müxalifətçi Oleq Metelitsa Vilnüsün seçilməsini burada Belarus nümayəndələrinin çoxluğu ilə əlaqələndirmişdir. Onun dediyinə görə, burada həm də Avropa Humanitar Universiteti yerləşir. Universtitet 2004-cü ildə Belarusda fəaliyyət göstərmiş, yerli hakimiyyət orqanları onu qapadıqdan sonra, öz işini Litvada davam etdirməyə başlamışdır. Belarusda keçirilən etiraz aksiyaları ilə əlaqədar 600 nəfərdən çox müxalifətçi həbs edilmişdir. 30 nəfər isə "kütləvi qanun pozuntusu"nun fiqurantı elan edilmişdir.

Digər xəbərlər