PDF Oxu

Dünya

  • 746

Fələstin-İsrail danışıqlarının məxfi detalları

Fələstin-İsrail danışıqlarının məxfi detalları
"Assoşieyted Press" informasiya agentliyinin yanvarın 23-də "Əl-Cəzirə" Qətər telekanalına əsaslanaraq, yaydığı məlumata görə, Fələstin Muxtariyyətinin hakimiyyət dairələri 2008-ci ildə İsraillə aparılan danışıqlarda Şərqi Yerusəlimə iddialarından tamamilə imtina etməyə hazır olduqlarını bildirmişdilər. Fələstinin rəsmi dairələri telekanalın məlumatının gerçəkliklə bir araya sığmadığını bəyan etmişdir.
Məxfi sənədlərə əsaslanan "Əl-Cəzirə" telekanalı Fələstin nümayəndələrinin Şərqi Yerusəlim ərazisində salınan yaşayış sahələrinin hamısının, Ar Xoma məntəqəsi istisna edilməklə, qanuniliyini tanımağa hazır olduqlarını bildirdiklərini bəyan edir. "Biz sizə yəhudi tarixinin ən böyük Yerusəlimini təqdim edirik" deyə telekanal danışıqlarda Fələstin nümayəndələrinə başçılıq edən Əhməd Kureyinin sözlərini misal gətirir.
"Assoşieyted Press" cari il yanvarın 23-də Ə.Kureyidən müsahibə götürmüşdür. Ə.Kureyi bildirir ki, sənədlərin əksəriyyəti Fələstin Muxtariyyəti və onun rəhbərliyinin rəsmi təsdiqi kimi lazım idi. Onun dediyinə görə, 2008-ci il danışıqlarına başçılıq edən Tsipi Livni Şərqi Yerusəlim məsələsini müzakirə etməkdən imtina etmişdir. 2010-cu ildə İsraillə danışıqlarda Fələstin nümayəndələrinə başçılıq edən Saeb Elekat "Əl-Cəzirə" telekanalının məlumatını "böhtan və yarımhəqiqət" adlandırmışdı. Yanvarın 23-də Misir qəzetlərindən birinə müsahibə verən Mahmud Abbas "Əl-Cəzirə" telekanalının bu məxfi məlumatları haradan aldığını təsəvvürünə belə gətirmədiyini bildirmişdir.

Digər xəbərlər