PDF Oxu

Dünya

  • 812

Kavaku Silva Portuqaliya prezidenti seçilib

Kavaku Silva Portuqaliya prezidenti seçilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, yanvarın 23-də Portuqaliyada keçirilən prezident seçkilərində iqtidarda olan dövlət başçısı Anibal Kavaku Silva yenidən prezident seçilmişdir. Portuqaliya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bülletenlərin 98%-i yoxlandıqdan sonra K.Silva 50 %-dən çox seçici səsi toplayaraq, elə ilk turda qalib gəlmişdir. Onun başlıca rəqibi sosialist Manuel Aleqre 19 % seçici səsi toplaya bilmişdir. Agentliyin məlumatına görə, K.Silvanın birinci turda qalib gəlməsini keçirilən ictimai rəy sorğusu da təsdiqləmişdi. Seçkilərdə 9,6 milyona yaxın seçici iştirak etmişdir ki, bu da əhalinin yarısından azı deməkdir. Portuqaliya prezidenti, faktik olaraq, nümayəndəlik funksiyası daşıyır, çünki bu ölkədə icra hakimiyyəti rolu baş nazirin üzərinə düşür. Buna baxmayaraq, ölkə prezidenti növbədənkənar seçkiləri keçirmək və bu və ya digər qanun layihələri üzərinə veto qoymaq hüququna malikdir.

Digər xəbərlər