PDF Oxu

Dünya

  • 839

Angela Merkeli yəhudilərin hüquqlarını müdafiə etdiyinə görə mükafatlandırıblar

Angela Merkeli yəhudilərin hüquqlarını müdafiə etdiyinə görə mükafatlandırıblar
Amerika Yəhudilər Komitəsi Almaniya kansleri Angela Merkelə "Light Unto the Nations Award" mükafatı təqdim etmişdir. Mükafat Almaniya kanslerinə ölkə ərazisində olan yəhudiləri müdaifə etdiyinə və İsraillə Almaniya arasında yaratdığı əlaqələrə görə verilmişdir. Bundan başqa, A.Merkel antisemitizm əleyhinə ardıcıl mübarizə aparmış və Almaniyada Xolokostu inkar etmişdir. Mükafat A.Merkelə yanvarın 27-də Berlindəki işçi iqamətgahında təqdim edilmişdir. Amerika Yəhudilər Komitəsi 1906-cı ildə Rusiyada yəhudi talanlarından sonra yaradılmışdır. Təşkilatın başlıca vəzifəsi bütün dünyada yəhudilərin hüquqlarını müdafiə etmək olmuşdur. Bu təşkilatın nümayəndəliyi Almaniyada 1988-ci ildə açılmışdır. Əvvəllər bu mükafata Fransa prezidenti Nokolya Sarkozi və ABŞ prezidenti Bill Klinton layiq görülmüşdür.

Digər xəbərlər