PDF Oxu

Dünya

  • 827

Barak Obama ikinci müddətə prezident seçilmək istəyir

Barak Obama ikinci müddətə prezident seçilmək istəyir
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama 2012-ci ildə keçiriləcək prezident seçkilərinə öz namizədliyini irəli sürmək niyyətindədir. B.Obamanın növbəti prezident seçkilərində iştirak etmək planı haqda Ağ Evin mətbuat katibi Robert Gibbs danışmışdır.
Onun dediyinə görə, yaxın aylarda B.Obamanın növbəti prezident seçkilərində iştirak etməsi üçün vacib sənədlər hazırlanacaqdır. Məlumata görə, B.Obama özünün mənzil-qərargahını və seçki kampaniyasını Çikaqo ştatında keçirmək fikrindədir və seçki kampaniyasına öz administrasiya başçısının müavini Cim Messinanı rəhbər postuna seçmək istəyir. Ekspertlər belə hesab edir ki, Demokratlar Partiyasından B.Obamanın prezidentliyə namizədliyini irəli sürməsinin başlıca arqumenti mübahisəli səhiyyə islahatı, ABŞ ordusunun İraqdan çıxarılması, ABŞ hərbi missiyasının Əfqanıstanda saxlanması və B.Obama administrasiyasının dünya iqtisadi böhranına münasibəti olacaqdır.
Respublikaçılar Partiyasının B.Obmanın növbəti prezident seçkilərində iştirakına gətirdikləri başlıca əks arqumentlərini ekspertlər işsizliyin yüksək səviyyədə (hazırda ABŞ-da işsizliyin səviyyəsi 9,4 % təşkil edir və bu göstəricinin 2013-cü ilədək bu səviyyədə qalacağı gözlənilir) olması ilə xarakterizə edirlər. Ekspertlər respublikaçıların B.Obamanı dövlətə məxsus pulları bədxərcliklə sərf etdiyini iddia etdiklərini bildirirlər. Respublikaçılar Partiyası növbəti prezident seçkilərində Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni və Minnesota ştatının keçmiş qubernatoru Tim Polentinin namizədliyini irəli sürmək istəyirlər.
"Wall Street Journal" və "MBC Nyus"un apardığı rəy sorğularına görə, B.Obamanın növbəti prezident seçkilərində iştirakına rəyi soruşulanların 53%-i müsbət cavab verir. Bu göstərici 2010-cu ilin dekabrındakı göstəricidən 8% yüksəkdir.

Digər xəbərlər