PDF Oxu

Dünya

  • 1 084

Fransada əsrin əsil qarətçisi həbs edilib

Fransada əsrin əsil qarətçisi həbs edilib
"La Provence" qəzetinin yazdığına görə, Fransa polisi Nitsedə yerləşən "Socite Generale" bankının qarətinin təşkilatçısı hesab edilən 67 yaşlı Jak Kassandrini həbs etmişdir. Bankın qarəti 1976-cı ilin 18 iyulunda baş vermişdir. Qarətçilər Nitsenin ən böyük banklarından birinin altında qazıntı işləri aparmışlar. Qarət ciddiyyətlə planlaşdırılmış və bankın altındakı qazıntının uzunluğu 8 metrə çatmışdır. O vaxt, bankdan 50 milyon frank (hazırkı 30 milyon avroya bərabərdir) oğurlanmışdır. Törədilmiş qarətdən sonra oğrular hadisə yerinin divarı üzərində "Silahsız nifrət və qəddarlıq mümkün deyil" ifadələri ilə yazılı iz qoymuşlar. Sonralar məlum olmuşdur ki, qarəti fotoqraf Albert Spajyari təşkil etmişdir. Bu şəxs həbs edilsə də, məhkəmə zalından qaçmağa müvəffəq olmuşdur. A.Spajyari öz təqsirsizliyini sübut etmək üçün əllə hazırladığı şifrəli sənədi hakimə təqdim etmişdir. Zaldakılar bu sənədlə məşğul olduğu vaxt müttəhim pəncərənin altında dayanmış avtomobilin üstünə atılmışdır. Daha sonra o, əvvəlcədən hazırlanmış motosikllə məhkəmə binasından uzaqlaşmışdır. Bundan sonra polis A.Spajyarini həbs edə bilməmişdir. Bəzi məlumatlara görə, o, 10 ildən artıq Argentinada yaşamış, 1980-ci illərin axırlarında İtaliyaya getmiş və 1989-cu ildə orada boğaz xərçəngindən vəfat etmişdir. Bundan sonra o, əfsanəvi oğru statusu qazanmış və haqqında bir neçə bədii film çəkilmişdir. 2010-cu ildə Amiqo təxəllüslü bir şəxsin imzası ilə "Socite Generale" bankının qarət edilməsi haqda kitab nəşr edilmişdir. Kitabda deyilirdi ki, A.Spajyari cinayətdə iştirak etsə də, bankın altının qazılması və qarət ideyası anonim kitab müəllifinə məxsus olmuşdur. 2011-ci ildə həmin kitab müəllifini həbs etmək mümkün olmuşdur. Həmin şəxs Jak Kassandri olmuşdur. Onunla birlikdə daha 10 nəfər həbs edilmişdir. "La Provence"nin yazdığına görə, həddən artıq çox müddət keçdiyinə görə, J.Kassandrini mühakimə etmək mümkün olmamışdır, bununla belə, pulların hara sərf edilməsi araşdırılmışdır. Məlum olmuşdur ki, pullar A.Spajyari tərəfindən sağa-sola sərf edilməmiş, əksinə, müəyyən sahənin maliyyələşdirilməsi üçün investisiya yatırımı kimi istifadə edilmişdir.

Digər xəbərlər