PDF Oxu

Dünya

  • 803

Barak Obamanın təyin etdiyi yeni səfir Suriyaya gəlib

Barak Obamanın təyin etdiyi yeni səfir Suriyaya gəlib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, yanvarın 16-da ABŞ prezidenti Barak Obamanın təyin etdiyi yeni səfir Suriyaya gəlmişdir. Xatırladırıq ki, 2005-ci ildən etibarən ABŞ bu ölkəyə səfir təyin etməmişdir. ABŞ prezidenti B.Obama ötən ilin dekabr ayında Robert Fordu Dəməşqə səfir təyin etmişdir. B.Obama R.Fordun namizədliyini 2010-cu ilin fevralında irəli sürmüşdü. Ancaq Senatda çoxluq təşkil edən respublikaçılar bu təyinatın qarşısını almışdılar. Senatorlar tətildə olarkən, B.Obama öz hüquqlarından istifadə edib, R.Fordun səfir təyinatını gerçəkləşdirmişdir. ABŞ-ın Suriyada əvvəlki səfiri Marqaret Skobi, Livanın keçmiş baş naziri Rafiq Həririnin qətlindən sonra, 2005-ci ilin fevralında Vaşinqtona çağırılmışdır. Bir ehtimala görə, R.Həririnin qətlinin təşkilində Suriya tərəfindən dəstəklənən "Hizbullah" qruplaşmasının əli olmuşdur. Dəməşqdə yerləşən ABŞ səfirliyindəki adının açıqlanmasını istəməyən diplomat, yeni səfirin təyin edilməsi ilə əlaqədar demişdir ki, ABŞ prezidentinin bu təyinatı Suriya ilə əlaqələri genişləndirmək istəyindən irəli gəlir. Mənbə belə hesab edir ki, yeni səfir Vaşinqtonun mövqeyini Suriya rəhbərliyinə çatdırmalıdır. Bir müddət əvvəl, ABŞ Dövlət Departamentinin mətbuat attaşesi Filip Kroulinin dediyinə görə, ABŞ səfirinin Dəməşqə qaytarılmasını Suriya hökuməti "mükafat" kimi qəbul etməlidir. ABŞ çalışır ki, Suriya "Hizbullah" və "HƏMAS" qruplaşmalarını dəstəkləməsin. Vaşinqton, həmçinin, Dəməşqlə Tehranın əlaqələrini də zəiflətmək istəyir. Suriya tərəfi isə çalışır ki, ABŞ İsrailə təzyiq göstərsin və bu işğalçı ölkə Holan yüksəkliklərini azad etsinlər.

Digər xəbərlər