PDF Oxu

Dünya

  • 956

Tayvanın keçmiş prezidenti bəraət qazanıb

Tayvanın keçmiş prezidenti bəraət qazanıb
"Frans Press" informasiya agentliyinin yanvarın 18-də yaydığı məlumata görə, Tayvan Ali Məhkəməsi ölkənin Xarici İşlər Nazirliyinin büdcəsindən vəsait oğurlamaqda ittiham edilən keçmiş prezident Çen Şuybyan bəraət qazanmışdır. Ç.Şuybyan 330 min dollar oğurlamaqda və özünün 11 xarici səfərini maliyyələşdirməkdə ittiham edilirdi. İttiham aktına görə isə, Ç.Şuybyan oğurladığı pulları oğluna ötürmüş, o isə bu pulları şəxsi məqsədlərinə sərf etmişdir. 2010-cu ildə birinci instansiya məhkəməsi Ç.Şuybyanı müdafiə etmiş və ittiham aktını onun üzərindən götürmüşdür. 2011-ci ilin 18 yanvarında Ali Məhkəmə bu qərarı təsdiq etmişdir. Ç.Şuybyan 2000-2008-ci illərdə Tayvanda hakimiyyət başında olmuşdur.

Digər xəbərlər