PDF Oxu

Dünya

  • 987

Devrilmiş Niger prezidenti həbsxanaya salınıb

Devrilmiş Niger prezidenti həbsxanaya salınıb
"Frans Press" informasiya agentliyinin prezidentin yaxın ətrafındakı mənbəyə əsaslanaraq, yaydığı məlumata görə, yanvarın 16-da Nigerin keçmiş prezidenti Mamadu Tanca ev dustaqlığından çıxarılaraq, Niamey şəhəri yaxınlığındakı həbsxanalardan birinə salınmışdır. Agentliyə müsahibə verən mənbənin dediyinə görə, M.Tanca axşam radələrində Kollo şəhəri həbsxanasına göndərilmişdir. Yerli "Anfani FM" radiostansiyanın məlumatına görə, həbsxanaya gedən yolda M.Tancanı ölkənin xüsusi xidmət orqanı əməkdaşları və ordu hissələrinin əsgərləri müşayiət etmişlər. Bundan bir qədər əvvəl isə, M.Tanca hakimlər qarşısında cavab vermiş və üzərinə ittiham qoyulmuşdur. Keçmiş prezidentin günahı haqda geniş məlumat verilmir. "Frans Press" isə belə hesab edir ki, M.Tancanı dövlət xəzinəsindən 125 milyon dollar götürərək xərcləməkdə ittiham edirlər.
2010-cu ilin fevralında baş vermiş hərbi çevrilişdən sonra M.Tanca indiyədək paytaxt yaxınlığındakı iqamətgahında ev dustağı edilmişdi. 2010-cu ilin dekabrında o, prezident statusundan məhrum edilmişdir. Hazırda Nigerdə hökuməti, özünü "Demokratiyanı bərpa etmək üzrə Ali Şura" adlandıran hərbi xunta idarə edir. Fevralın 18-də hərbçilər prezidenti həbs edib, hökuməti buraxdılar və ölkə konstitusiyasının fəaliyyətinin dayandırılmasını bəyan etdilər. Bundan sonra ölkənin paytaxtı Niameydə komendant saatı tətbiq edildi. Fevralın 22-də üsyançılara başçılıq edən Salu Cibo ölkənin lideri elan edildi. O, ölkədə demokratiya institutlarının genişləndiriləcəyini vəd etdi. Nigerdə parlament və prezident seçkiləri yanvarın 31-nə planlaşdırılmışdır.
M.Tanca Nigerdə prezident postunu 1999-cu ildə hərbi çevriliş yolu ilə ələ keçirmişdi. İki prezidentlik müddətində bu postda qalan M.Tanca 2009-cu ilin payızında refrendum keçirməyə cəhd etmişdir. Başlıca məqsədi prezidentin hakimiyyət postunda mövcudluğunu məhdudlaşdıran konstitusiya baryeri yaratmaq idi. Ölkə əhalisinin böyük əksəriyyəti onun bu təşəbbüsünü anlaşıqla qarşılamışdı.

Digər xəbərlər