PDF Oxu

Dünya

  • 925

ABŞ-ın dövlət borcu 14 trilyon dollara çatıb

ABŞ-ın dövlət borcu 14 trilyon dollara çatıb
ABŞ Maliyyə Nazirliyinin saytında gedən məlumata görə, ABŞ-ın dövlət borcu 14 trilyon dollar həddinə çatmışdır. Bu da, belə bir nəticəyə gəlməyə əsas verir ki, bu gün ABŞ vətəndaşlarının hər biri ölkəyə 45 min dollardan artıq borcludurlar. 2010-cu ilin fevralında ABŞ dövlət borcunun tavanı 14,3 trilyon dollar həddində yüksəlmişdir. Hazırda ABŞ Konqresi 2 yol ayrıcında qalıb: o, ya xüsusi qanun qəbul edib bu məbləği daha da yüksəltməli, ya da xərcləri kəskin şəkildə azaltmalıdır. Bir müddət əvvəl, ABŞ-ın maliyyə naziri Timoti Geyner belə bir bəyanat vermişdi ki, ölkənin dövlət borcunun məlum həddi 2011-ci ilin 31 martında müəyyənləşdiriləcəkdir. Nazir belə hesab edir ki, tavanın astana həddinin artırılması ölkənin iqtisadiyyatına katastrofik təsir bağışlayacaq. Konqresdə respublikaçıların nümayəndəsi qeyd etmişdir ki, yalnız büdcə xərclərinin məhdudlaşdırılacağı təqdirdə, borcun məbləğinin artırılmasına razılıq verəcəyik.

Digər xəbərlər