PDF Oxu

Dünya

  • 891

Almaniya Barrozunu avro zonasında böhranı dərinləşdirməkdə ittiham edib

Almaniya Barrozunu avro zonasında böhranı dərinləşdirməkdə ittiham edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Almaniyanın maliyyə naziri Volfqanq Şoyble Avropa Komissiyasının prezidenti Joze-Manuel Barrozunu avrozonasında böhranı dərinləşdirməkdə ittiham etmişdir. J.Barrozu Avropa Birliyi ölkələrinin antiböhran fondunun artırılması yönündəki çağırışları ilə tanınır. Bu da V.Şoyblenin dediyi kimi, avro zonasında vəziyyəti gərginləşdirir. Almaniyanın maliyyə naziri belə hesab edir ki, J.Barrozunun avro zonanı borc böhranından xilas etmək yönündəki çağırışları situasiyanı daha da ağırlaşdırır. V.Şoyble belə hesab edir ki, Avropaya yardım etmək üçün geniş tədbirlər kompleksi keçirilməlidir. O, qeyd etmişdir ki, qısa müddət ərzində Avropa Birliyi antiböhran fondunun həcminin genişləndirilməsini gündəliyə gətirmək vacib deyil. Yanvarın 17-də Avropa Birliyi maliyyə nazirləri Brüsseldə görüş keçirmişlər. Başlıca mövzu avro zonasının stabilliyi dəstəklənməsi mexanizmləri ətrafında müzakirələr aparmaqdır. Avropa Birliyi nümayəndələri antiböhran fondunun gələcək fəaliyyəti haqda konkret rəyə gəlməyə çalışacaqlar. Avropa ölkələrinin antiböhran fondu 2010-cu ildə Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun, defolt hüdudunda olan Yunanıstanı xilas etmək məqsədilə təşkil edilmişdir. O vaxt Yunanıstan fondun dəstəyini almışdır. Ötən ilin axırlarında İrlandiya, İspaniya və Portuqaliya da ağır maliyyə durumuna düşmüşdü. İrlandiya maliyyə yardımı alsa da, İsapaniya və Portuqaliya fondun yardımından imtina etmişdir. Antiböhran fondunun həcmi 750 milyard avro məbləğindədir. Fonda əsas maliyyə qoyuluşu Almaniyanın öhdəsinə düşür. Avropa ölkələri maliyyə nazirlərinin müzakirələrindən sonra fondun məbləği 1,5 trilyon avro məbləğində artırıla bilər. J.Barrozu Avropa Komissiyasına 2004-cü ildən sədrlik edir. O vaxt Almaniya kansleri Herhard Şröder və Fransa prezidenti Jak Şirak təklif etmişdir ki, Avropa Komissiyasının başçısı postunu Belçikanın baş naziri Gi Verxofstadt tutsun.

Digər xəbərlər