PDF Oxu

Dünya

  • 992

Yunanıstanda 4 anarxist həbs edilib

Yunanıstanda 4 anarxist həbs edilib
Yunanıstanda nəşr edilən "ER Tonline Nyus" qəzetinin yazdığına görə, Yunanıstan polisi "Odlu sui-qəsd özəyi" sol radikal anarxist qruplaşmasının 4 üzvünü həbs etmişdir. Özək üzvləri 2010-cu ilin noyabrının əvvəllərindən etibarən Avropa ölkələrinin liderlərinə bağlamalar içərisində partlayıcı qurğular göndərirlər. Anarxistlər ölkənin şimalında yerləşən Saloniki şəhərində həbs edilmişlər. Artıq məlum olmuşdur ki, anarxistlər öz barmaq izlərini istintaq orqanlarına verməkdən imtina edir və onlarla əməkdaşlığa girməkdən boyun qaçırırlar. Polis Afina və Patra şəhərində də reydlər keçirmişdir. Xatırladırıq ki, ötən ilin dekabrında Afinada "Odlu sui-qəsd özəyi"nin 6 üzvü həbs edilmişdir. Qəzet yazır ki, polis əməkdaşları yanvarın 13-də anarxistlərin Salonikidəki evlərində silah tapmamışlar. "Odlu sui-qəsd özəyi" qruplaşması 2010-cu il 30 dekabrda Afinada şəhər məhkəməsi qarşısında törədilmiş partlayışın məsuliyyətini öz üzərinə götürmüşdür. "Frans Press" xatırladır ki, o vaxt ətrafdakı binalara və avtomobillərə zərər dəysə də, insan tələfatı olmamışdır. Anarxistlər 2010-cu ilin noyabr ayının əvvəllərində Fransa prezidenti Nikolya Sarkozi, Almaniya kansleri Angela Merkel və İtaliyanın baş naziri Silvio Berluskoniyə poçt vasitəsilə partlayıcı qurğu göndərdiklərini bildirmişdir. Ancaq Afinanın bir neçə xarici ölkə səfirliyində, o cümlədən, Rusiya səfirliyinin poçtunda da partlayıcı qurğu aşkar edilmişdir. "Odlu sui-qəsd özəyi" 2008-ci ildə fəaliyyətə başlamışdır. Dövlət binaları, ofis və evlərin partladılması bu təşkilat fəallarının cinayətləri sırasındadır.

Digər xəbərlər