PDF Oxu

Dünya

  • 930

Braziliyada sel 500 nəfərin həyatına son qoyub, Almaniya yeni daşqın təhlükəsi qarşısındadır

Braziliyada sel 500 nəfərin həyatına son qoyub, Almaniya yeni daşqın təhlükəsi qarşısındadır
Braziliyada nəşr edilən "Estado" qəzetinin yazdığına görə, xilasedicilərdən alınan son məlumatlara görə, ölkənin cənubi-şərqində baş vermiş daşqın və sürüşmə nəticəsində 500 nəfərə yaxın insan həlak olmuşdur. Məhkəmə-tibbi ekspertizasının qeydinə görə, söhbət yalnız cəsədləri aşkar edilmiş şəxslərdən gedir. Nova-Friburq, Teresopolis, Sumidoru, İtaypava və Petropolis şəhərləri daha çox zərər çəkmişdir. Bəzi rayonlarla əlaqə yaratmaq çətin olduğuna görə, ölənlər haqda dəqiq məlumat vermək çətinləşmişir. "O Globo" qəzetinin yazdığına görə, 5,5 min ailə evsiz qalmışdır. Su yolları yuduğundan və körpüləri dağıtdığından zərər çəkmiş regionlara yardım göstərmək mümkün olmur. Leysan yağışlar isə xilasedicilik işlərinin aparılmasına maneçilik törədir. Xilasedicilik əməliyyatlarında 800 nəfərdən çox adam iştirak edir. Son daşqın isə Braziliya tarixində ən faciəli təbii fəlakət kimi qalacaqdır. "Frans Press"in məlumatına görə, 1967-ci ildə Karaquatatuba liman şəhərində baş vermiş daşqın nəticəsində ölənlərin sayı 300-436 nəfər olmuşdur.

Digər xəbərlər