PDF Oxu

Dünya

  • 947

Rusiyaya 5 illik Şengen vizası veriləcək

Rusiyaya 5 illik Şengen vizası veriləcək
"Vedemosti" qəzetinin Rusiyanın Xarici İşlər Nazirliyi və Avropa Komissiyasındakı mənbələrə əsaslanaraq, yazdığına görə, İspaniya, İtaliya və Fransa Rusiya vətəndaşlarının Şengen ölkələrinə gediş-gəlişinin sadələşdirilməsini təklif etmişlər. Təşəbbüs sürən ölkələrin təklifi üzrə, ilk öncə, Rusiya vətəndaşlarına birdəfəlik viza, ikinci dəfə ikiillik multiviza, üçüncü il isə beşillik viza veriləcəkdir. Rusiya XİN-i bunun əvəzində yüksək ixtisaslı xarici ölkə mütəxəssislərinin RF-yə vizasız girişinə icazə verəcəyini vəd etmişdir. Rusiya XİN başçısı Sergey Lavrov yanvarın 13-də keçirdiyi mətbuat konfransında demişdir ki, vizasız rejimə keçməkdə heç bir texniki və təşkilati maneə yoxdur. Ancaq onun dediyinə görə, Rusiya Avropa Birliyinin bəzi tələblərini yerinə yetirməlidir. Əvvəllər belə bir şərt irəli sürülürdü ki, Rusiya bütöv biometrik pasport rejiminə keçməlidir. Bununla yanaşı, Avropa Birliyi Rusiyanın cinayətkarlığa, terrorizmə və korrupsiyaya qarşı ciddi mübarizə aparması tələbini irəli sürmüşdür. Rusiyanın baş naziri Vladimir Putin və prezident Dmitri Medvedev viza məsələsinin həllində başlıca rolun Avropa Birliyi rəhbərliyinin üzərinə düşdüyünü bildirmişlər. Rusiyanın AB sıralarına düşməsinin müddətini isə Fransa prezidenti Nikolya Sarkozi göstərmişdir. Onun fikrincə, bu məsələ 10-15 ildən sonra həll edilə bilər.

Digər xəbərlər