PDF Oxu

Dünya

  • 995

Avstraliya daşqınları ölkəyə 5 milyard dollar məbləğində zərər vurub, Braziliyada isə 200 nəfərdən çox adam həlak olub

Avstraliya daşqınları ölkəyə 5 milyard dollar məbləğində zərər vurub, Braziliyada isə 200 nəfərdən çox adam həlak olub
"Qardian" qəzetinin yazdığına görə, Avstraliyanın su altında qalmış Kvislend ştatının baş naziri Anna Blay ştata dəyən zərərin 5 milyard dollar məbləğində olduğunu bildirmişdir. "AFR" informasiya agentliyinin məlumatına görə, A.Blay ölkənin federal dairələrinə maliyyə yardımı ayırmağı xahiş etmişdir.
Yalnız yol və körpülərin bərpası üçün 2 milyard dollar məbləğində vəsait lazımdır. "Frans Press"in məlumatına görə, yanvarın 13-də Ksivlendin paytaxtı Brisbendə ilk insan qurbanı haqda məlumat yayılmışdır. Həmin şəxs 24 yaşlı kişi olmuşdur. Son üç gün ərzində regionda 13 nəfər həlak olmuşdur. 90 nəfər itkin düşmüşdür.
Brisben şəhərinin meri Kempbel Nümen "BBC Nyus"a verdiyi xəbərdə deyir ki, şəhərdə 12 min ev tamamilə su altında qalmışdır. 15 minə yaxın fərdi daşınmaz obyekt qismən suya qərq olmuşdur. "Frans Press"in hesablamalarına görə, Avstraliyada Almaniya və Fransanın birlikdə götürülmüş ərazisi qədər sahə su altında qalmışdır. "BBC Nyus"un məlumatına görə, Brisben şəhərinin içərisindən keçən çayda yanvarın 14-də suyun səviyyəsi 3,2 metr aşağı düşəcəkdir. Yanvarın 12-də su maksimal səviyyədə yüksələrək, 4,46 metrə çatmışdır. 1974-cü ildə sel daşqınlarının səviyyəsi 5,5 metrə bərabər olmuşdur.
Avstraliyanın şimali-şərqində yaranmış sel daşqınları dekabrda leysan yağışlarla müşayiət edilmişdir.
"Frans Press"in məlumatına görə, Braziliyanın cənub-şərqində baş vermiş daşqın və sürüşmə nəticəsində yüzlərlə insan həlak olmuşdur. "Qlobo Nyus" telekanalının məlumatına görə, ölənlərin sayı 237 nəfər olmuşdur. "Frans Press"in məlumatına görə, Braziliyanın Serrana regionunda 139 nəfər həlak olmuşdur. Terezopolis şəhərinin hakimiyyət dairələri 114 nəfərin həlak olduğunu bildirmişlər. 180 min nəfər əhalisi olan bu şəhərin 1000-dən çox əhalisi evsiz qalmışdır. Bundan başqa, ştatda yüzlərlə yol dağılmış və körpülər çökmüşdür. Xilasedicilik əməliyyatlarında 800 nəfərdən çox adam və vertolyotlar iştirak etmişdir.

Digər xəbərlər