PDF Oxu

Dünya

  • 845

AFR-də Liviya casusu mühakimə edilib

AFR-də Liviya casusu mühakimə edilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Almaniya Federativ Respublikasının Berlin Məhkəməsi Liviyanın xüsusi xidmət orqanının iki əməkdaşını müxtəlif müddətlərə azadlıqdan məhrum etmişdir. Həmin şəxslər Almaniyada yaşadıqları halda, casusluq əməlində təqsirli bilinmişlər. Almaniyada və digər ölkələrdə təxribat aparan bu şəxslər Liviya müxalifəti qaçqınları haqda məlumatlar toplayırdılar. 43 yaşlı Abdel A. 2,5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Onun köməkçisi Abdel Al. 1 il 10 ay müddətinə cəzalandırılmışdır. Məhkəmə zamanı qeyd edilmişdir ki, bu şəxslər 2007-ci ilin avqustundan 2010-cu ilin mayınadək sistematik surətdə Liviya qaçqınları və müxalifətçilərini izləmişlər. Abdel A. informtor şəbəkəsi yaratmış və Almaniya və Avropa Birliyinin digər ölkələrində yaşayan Liviya müxalifətçiləri haqda məlumat toplamışdır. O, əldə etmiş olduğu məlumatları Liviyadakı şefinə göndərmişdir.

Digər xəbərlər