PDF Oxu

Dünya

  • 989

İllinoys ştatı ölüm hökmünün ləğvinə səs verib

İllinoys ştatı ölüm hökmünün ləğvinə səs verib
"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın İllinoys ştatının Senatı ölüm hökmünün ləğv edilməsinə səs vermişdir. Bu məsələ üzrə ştatın Baş Assambleyasının Yuxarı Palatasında səsvermə çərşənbə günü olmuşdur. Senatorların 32 nəfəri ölüm hökmünün əleyhinə çıxmış, 25 senator isə onun lehinə səs vermişlər. Senatın bu məsələdə müsbət qərar qəbul etməsi hələ ölüm hökmünün ləğv edilməsi demək deyildir. Çünki son söz ştatın qubernatoru Pet Kuinnin öhdəsinə düşür. O, ölüm hökmünün ləğv edilməsinin lehinə olacağı təqdirdə, qanun layihəsi üzərinə veto qoya bilər. Ştatda P.Kuinni ağır cinayətlərdə ölüm hökmünün saxlanması tərəfdarı kimi tanıyırlar. Bununla yanaşı, qubernator dəfələrlə qeyd etmişdir ki, müəyyən hallarda heç bir günahı olmayan adam ölüm hökmünə layiq görülür. Qeyd etmək yerinə düşərdi ki, İllinoys ştatının hakimiyyət dairələri 1999-cu ildən etibarən heç bir cinayətkara edam cəzası verməmişlər. O vaxt ştatın qubernatoru olmuş Corc Rayan ölüm hökmünün icrasına maratorium qoymuşdur. O vaxtdan heç bir ştat məhkəməsi canilərə qarşı ölüm hökmü imzalamır.

Digər xəbərlər