PDF Oxu

Dünya

  • 945

Hillari Klinton gözlənilmədən Yəmənə uçub

Hillari Klinton gözlənilmədən Yəmənə uçub
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, yanvarın 11-də ABŞ-ın dövlət katibi Hillari Klinton Yəmənin paytaxtı Sana şəhərinə planlaşdırılmamış səfər etmişdir. H.Klinton Fars körfəzi ölkələrinə səfəri çərçivəsində qısa müddət ərzində Yəməndə dayanmağı qət etmişdir. O, son 20 il ərzində Yəmənə səfər etmiş ilk ABŞ dövlət katibidir. H.Klinton öz səfərinin məqsədinin ABŞ və Yəmən arasında münasibətlərin möhkəmləndirilməsi olduğunu bildirmişdir. Onun dediyinə görə, ABŞ hökuməti Sana ilə yalnız terrorçuluğa qarşı mübarizədə yox, həm də iqtisadiyyatın digər sahələrində də əməkdaşlıq etmək niyyətindədir. Bununla belə, agentlik qeyd edir ki, səfərin başlıca səbəbi terrorizmə qarşı mübarizə aparmaq üçün danışıqlara başlamışdır. Agentlik bu məlumatı hər iki ölkənin diplomatik dairələrindən əldə etdiyini bildirmişdir. ABŞ-da belə hesab edirlər ki, Yəmən hökuməti bu ölkədə fəaliyyət göstərən "Əl-Qaida" terrorçuluq şəbəkəsinin yerli şöbəsi ilə kifayət qədər fəal mübarizə apara bilmir. Hakimiyyət dairələrinin boşluğundan istifadə edən terrorçu qruplaşmalar Yəməndə öz mövqelərini daha da möhkəmləndirmiş və bununla da ABŞ-ın və digər Avropa ölkələrinin təhlükəsizliyinə zərər vurmağa başlamışlar. 2010-cu ilin avqustunda bir sıra ABŞ qəzetləri yazırdılar ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) "Ərəbistan yarımadasında Əl-Qaida"ya ölkə ərazisindəki terrorçuluq şəbəkələrinin mərkəzi kimi baxır. MKİ-nin məlumatına görə, qruplaşmanın Yəmən şöbəsi terrorçu hücumlarının koordinasiyasının təşkili üzrə fəaliyyətini genişləndirmiş və ən çox ABŞ-ı hədəfə götürmüşdür. 2010-cu il oktyabrın axırlarında bu təşkilat Çikaqoya uçan təyyarədə terrorçuluq aktı törətməyə cəhd etmişdir. İçərisinə mina gizlədilmiş bağlama ABŞ-ın şərq sahillərində işə düşməli idi. Terror aktı Səudiyyə Ərəbistanı hökumətinin məlumatından sonra baş tutmamışdır. 2009-cu ilin dekabrında isə Nigeriya vətəndaşı Umar Faruk Abdulmutallab Amsterdam-Detroyt təyyarə reysində partlayıcı qurğunu işə salmaq istəsə də , onun bu cəhdi baş tutmamışdır.

Digər xəbərlər