PDF Oxu

Dünya

  • 947

Meksika həbsxanasında baş vermiş üsyan zamanı 11 nəfər həlak olub

Meksika həbsxanasında baş vermiş üsyan zamanı 11 nəfər həlak olub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Meksikanın Qomes-Palasio şəhərinin həbsxanasında baş vermiş üsyan zamanı ən azı 11 nəfər həlak olmuşdur. Meksikanın Duranqo ştatının prokuror müavininin məlumatına görə, Qomes-Palasio həbsxanasında üsyan yanvarın 11-də başlanmışdır. Üsyanın səbəbi haqda məlumat verilmir. Prokuror müavini həbsxana administrasiyasının vəziyyəti öz nəzarəti altına aldığı haqda da açıqlama vermir. Meksikanın müxtəlif bölgələrində olan həbsxanalarda məhbuslar ildə bir neçə dəfə üsyan törədirlər. Üsyanın başlıca səbəbi, bir qayda olaraq, məhbusların saxlanma şəraitindən narazılıq etmələri və həbsxana əməkdaşlarının onlara pis münasibət göstərmələri olur. Hakimiyyət dairələri hər dəfə həbsxana üsyanlarını polis və hərbçilərin köməyi ilə yatırır.

Digər xəbərlər