PDF Oxu

Dünya

  • 919

Kamikadze Kabulun mərkəzində terror aktı törədib

Kamikadze Kabulun mərkəzində terror aktı törədib
"Frans Press" informasiya agentliyi Əfqanıstanın Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsinə əsaslanaraq, yaydığı məlumata görə, yanvarın 12-də Kabulun mərkəzində kamikadzenin törətmiş olduğu terror aktı nəticəsində minimum 4 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır. Şahidlərin dediklərinə əsaslanan agentlik qeyd edir ki, partlayış nəticəsində onlarla bina pəncərələri sınmış, 1 avtobus və bir neçə yüngül avtomobil sıradan çıxmışdır. "Assoşieyted Press" şahidlərin dediklərinə əsaslanaraq, məlumat verir ki, kamikadzenin başlıca məqsədi içərisində Əfqanıstan kəşfiyyatı əməkdaşları olan avtobusu partlatmaq olmuşdur. Əfqanıstan DİN nümayəndələri bu məlumatı təsdiq etməsələr də, təkzib də etməmişlər.

Digər xəbərlər