PDF Oxu

Dünya

  • 922

Pentaqon KXDR-in ABŞ üçün təhlükəli olduğunu bəyan edib

Pentaqon KXDR-in ABŞ üçün təhlükəli olduğunu bəyan edib
"Assoşieyted Press" informasiya agentliyinin məlumatına görə, Pentaqon başçısı Robert Geyts Çində rəsmi səfərdə olarkən, belə bir bəyanat vermişdir ki, Şimali Koreya ABŞ-ın təhlükəsizliyini təhdid edir. R.Geytsin hesablamalarına görə, 5 ildən sonra Pxenyan ABŞ ərazisi hüdudlarına çata biləcək kontinentlərarası ballistik raketlər istehsal edəcəkdir. Onun dediyinə görə, Koreya yarımadasında vəziyyətin normal olmasının səbəbi Cənubi Koreya tərəfin Pxenyanın daimi təxribatlarına dözümlə yanaşmasıdır. R.Geyts Cənubi Koreya hökumətinin dözümünün də bir həddi olduğunu bildirmişdir. Buna görə də, Pentaqon başçısı Şimali Koreyanı cənub qonşusu ilə danışıqlar stolu arxasına keçməyə çağırmış, raket sınaqlarına və nüvə istehsalına son qoymağı tövsiyə etmişdir. Xatırladırıq ki, yanvarın 8-də Şimali Koreya cənublulara danışıqlar prosesinə başlamağı təklif etmişdir. Pxenyan bu zaman heç bir şərt irəli sürməsə də, Seul təklifi rədd etmişdir. Xatırladırıq ki, Enpxendo adasında yaranmış konfliktdən sonra Cənubi Koreya ABŞ-la birlikdə genişmiqyaslı hərbi əməliyyat keçirmişdir. Pxenyan bunu ciddi tənqidlə qarşılamışdır.

Digər xəbərlər