PDF Oxu

Dünya

  • 876

İspaniya rəsmiləri DİN-i ETA ilə atəşkəsin olmadığını bəyan ediblər

İspaniya rəsmiləri DİN-i ETA ilə atəşkəsin olmadığını bəyan ediblər
"El Mundo" İspaniya qəzetinin yazdığına görə, ölkənin baş nazirinin birinci müavini və xarici işlər naziri Alfredo Peres Rubalkaba ETA-Bask separatçıları ilə hakimiyyət orqanlarının atəşkəs elan edib, silahlı mübarizəni dayandırdığı haqda bəyanatın əsassız olduğunu bildirmişdir. Nazirin fikrincə, yanvarın 10-da ETA separatçılarının bəyanatlarında "silahlı mübarizəyə" və terrorun tətbiqi praktikasına son qoyulması haqda söhbət açılmır. Onun fikrincə, separatçılar öz yanlış bəyanatları ilə növbəti dəfə hakimiyyəti şantaj etmək yolu tutublar. Basklar belə hesab edirlər ki, atəşkəsin elan ediləcəyi təqdirdə, hakimiyyət onlarla danışıqlar stolu arxasına keçəcək. Bununla yanaşı, A.Rubalkaba ETA-çıların bəyanatında müsbət cəhətlərin də olduğunu bildirmişdir. Nazirin fikrincə, baskların bu mövqeyi hakimiyyət dairələrini narahatlıqdan qurtarmışdır. Ancaq nazir xatırlatmışdır ki, separatçılarla qarşıdurmanın başa çatdığını demək hələ tezdir. İspaniyanın dövlət başçısı Xose Luis Rodriges Sapatero baskların bəyanatını ehtiyatla şərh etmişdir. O, ilk növbədə, İspaniya Sosialist Fəhlə Partiyası üzrə həmkarlarının tələsik nəticə çıxarmaqdan çəkinməyə çağırmışdır. Bazar ertəsi İspaniyanın kütləvi informasiya vasitələri Bask separatçılarının bəyanatlarını yaymış və onların rejim əleyhinə silahlı mübarizələrini dayandırdıqlarını bildirmişdilər.

Digər xəbərlər