PDF Oxu

Dünya

  • 856

Tehran "sionist rejim" agentlərini ifşa etdiyini bəyan edib

Tehran "sionist rejim" agentlərini ifşa etdiyini bəyan edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İranın xüsusi xidmət orqanları İsrailin "Mossad" kəşfiyyatı ilə əlaqəli olan casus şəbəkəsini ifşa etdiyini bəyan etmişlər. Tehranda belə hesab edirlər ki, İsrail kəşfiyyatının başlıca məqsədi İran alimlərinin həyatına sui-qəsd olmuşdur. Nəticədə, tanınmış nüvə fizikası mütəxəssisi Məsud Əli Məhəmmədi həlak olmuşdur. İran Kəşfiyyat Nazirliyinin dövlət telekanalı və informasiya agentlikləri vasitəsilə yayımlanmış rəsmi bəyanatına görə, İranın xüsusi xidmət orqanı əməkdaşları "Mossad" təşkilatının üzvlərinin şəxsiyyətini müəyyən etməyə nail olmuşlar. Nəticədə, "sionist rejimi ilə əlaqəni casusçuluq və terrorçuluq şəbəkəsi" üzrə çıxarılaraq, ifşa edilmişdir. İranın əks-kəşfiyyat orqanları bir neçə casusu həbs etmişdir. Nüvə fizikası üzrə mütəxəssis Əli Məhəmmədinin həyatına sui-qəsd 2010-cu ilin yanvarında, Tehranın mərkəzində edilmişdir. Alimin avtomobili yaxınlığından keçən motosikl partladılmışdır. Nəticədə alim həlak olmuşdur. Həmin ilin noyabrında İran paytaxtının müxtəlif hissələrində analoji terror aktları törədilmişdir. Alim Fereydun Abbasi yaralansa da, sağ qalmış, Məcid Şəhriri isə həlak olmuşdur. İran hökuməti insidentin ABŞ və Böyük Britaniyanın "əlaltılarının" törətdiklərini bəyan etmişdir. Bir müddət sonra İranın hüquq-mühafizə orqanları bir neçə nəfəri həbs etdiklərini bildirmişlər. İran rəsmiləri bildiriblər ki, terror aktlarının arxasında İsrailin "Mossad" təşkilatı, ABŞ MKİ-si və Britaniyanın "M16" kəşfiyyat idarəsi dayanır.

Digər xəbərlər