PDF Oxu

Dünya

  • 772

Çin Şimali Koreyaya 2 milyard dollar vəsait qoyacaq

Çin Şimali Koreyaya 2 milyard dollar vəsait qoyacaq
"Joong And İlbo" Cənubi Koreya qəzetinin yazdığına görə, "Shangui Guanqun İnvestment" Çin dövlət kompaniyası Şimali Koreyanın Rason şəhəri azad iqtisadi zonası (AİZ) üçün 2 milyard dollar kredit qoyuluşu etməyə razılıq vermişdir. Nəşrin məlumatına görə, Çin dövlət kompaniyasının nümayəndələri ötən ilin 20 dekabrında Şimali Koreyanın "İnvensment and Development" kompaniyası ilə memorandum imzalamışdır. Tərəflərin başlıca məqsədi Rason AİZ-ini yaxın 10 il ərzində Şimali- Şərqi Asiyanın nəhəng sənaye zonasına çevirməkdir. Çin tərəfinin nümayəndələrinin dediyinə görə, AİZ elan edilən Rason şəhərində kömür istehsalı zavodu, dəmiryolu, avtomagistral və liman tikilməsi nəzərdə tutulur. İlkin mərhələdə tikinti üçün 300 milyon dollar ayıracaqdır. Xatırladırıq ki, Rason şəhəri Çinin Tszilin əyaləti və Rusiyanın Primorye diyarı ilə sərhəddə yerləşir. 2011-ci ilin yanvarında Şimali Koreya hökuməti Rason şəhərinə "xüsusi şəhər" statusu vermişdir. "Shangui Guanqun İnvestment" Çin dövlət kompaniyasının əsası 1995-ci ildə qoyulmuşdur. Bu kompaniya neft məhəsullarının, yeraltı qazıntılar nəticəsində əldə edilən digər məhsulların işlənib hazırlanmasında və beynəlxalq maliyyə əməliyyatlarında xidmət göstərir. Rasondan başqa, Şimali Koreyada daha 3 xüsusi iqtisadi zona vardır: Kesson, Sinıçju və Kmqan dağ massivi.

Digər xəbərlər