PDF Oxu

Dünya

  • 728

Moskvada 30 nəfər mitinq iştirakçısı saxlanılıb

Moskvada 30 nəfər mitinq iştirakçısı saxlanılıb
"Lenta.ru"nun "Sol Cəbhə" hərəkatının koordinatoru Sergey Udaltsova əsaslanaraq, yaydığı məlumatına görə, Moskva şəhərinin Simferopol bulvarında Boris Nemtsevi və digər müxalifətçiləri dəstəkləyən 30 nəfər mitinq iştirakçısı saxlanılmışdır. Xatırladırıq ki, B.Nemtsev ötən il dekabrın 31-də keçirilən kütləvi aksiya zamanı həbs edilmişdir. S.Udaltsovun dediyinə görə, mitinq yanvarın 6-da saat 2 radələrində başlanmışdır və aksiyada "Həmrəylik", "Başqa Rusiya" və "Sol Cəbhə"nin 40 nəfərə yaxın nümayəndəsi iştirak edirdi. Mitinq iştirakçılarını bir saat sonra saxlamağa başlamışlar. Xatırladırıq ki, "Həmrəylik" hərəkatının lideri B.Nemtsevi dekabrın 31-də şəhərin Triunfal Meydanında həbs etmişdilər. Yanvarın 2-də məlum olmuşdur ki, onu 15 günlüyünə azadlıqdan məhrum etmişlər.

Digər xəbərlər