PDF Oxu

Dünya

  • 695

"Əl-Qaida" tərəfdarları Malidə Fransa səfirliyinə hücum ediblər

"Əl-Qaida" tərəfdarları Malidə Fransa səfirliyinə hücum ediblər
Yerli hüquq-mühafizə orqanlarına əsaslanan "Frans Press" informasiya agentliyinin məlumatına görə, yanvarın 5-də Tunis sakini Malinin paytaxtı Bamakoda Fransa səfirliyi qarşısında qaz balonunu partlatmışdır. Hücum edən şəxsin tapançası olsa da, onu dərhal həbs etmişlər. İstintaq zamanı Tunis vətəndaşı etiraf etmişdir ki, "İslam Məğribində əl-Qaida" təşkilatının üzvüdür. "Assoşieyted Press"in məlumatına görə, səfirliyin darvazası qismən zədələnmişdir. Yerli vaxtla saat 18:00-da baş vermiş insident nəticəsində küçədən keçən iki nəfər yüngül bədən xəsarəti almışdır. Onlardan biri yanıq, ikincisi isə güllə yarası almışdır. Agentlik qeyd edir ki, "İslam Məğribində əl-Qaida"nın Əlcəzair, Mavritaniya və Malidə məşq bazaları yerləşir. 2010-cu ilin noyabrında "Əl-Qaida"nın Şimali Afrika özəyi Əlcəzair, Mali və Fransada terror aktları törətmək üçün narkotika ticarətindən alınan gəlirin 100 milyon dollarını sərf etməyi planlaşdırdığını yaymışdır.

Digər xəbərlər