PDF Oxu

Dünya

  • 681

Berlin Prokurorluğu Rusiya müxalifətçilərinin zəhərlənməsini təkzib edib

Berlin Prokurorluğu Rusiya müxalifətçilərinin zəhərlənməsini təkzib edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Berlin Prokurorluğu Berlində Rusiya müxalifətçiləri Viktor və Marina Kalaşnikovların kimlər tərəfindənsə zəhərlənməsi faktını təsdiq edən dəlillərin olmadığını bəyan etmişdir. "Onların ən azı Almaniyada zəhərlənmələri haqqında heç bir dəlil- sübut yoxdur" deyə Berlin Prokurorluğunun nümayəndəsi bildirmişdir. Bir müddət əvvəl, alman kütləvi informasiya vasitələri Kalaşnikovların qanlarında civənin miqdarının 25 dəfə normadan artıq olduğunu yazırdılar. Jurnalistlər yazırdı ki, bu səbəbdən Marina saçının bir hissəsini, əri Viktor isə hamısını itirmişdir. Keçmiş DTK agenti olan polkovnik V.Kalaşnikov dövlət təhlükəsizliyi sıralarını tərk etdiyi üçün onu Rusiyanın xüsusi xidmət orqanı əməkdaşlarının zəhərlədiklərinə əmin olduğunu ifadə etmişdir. "Focus" jurnalının yazdığına görə, V.Kalaşnikov əvvəl Boris Yeltsinin seçkiönü qərargahının üzvü olmuş, daha sonra isə neft kompaniyalarının birində işləmişdir. Vladimir Putin hakimiyyətə gəldikdən sonra ər-arvad Kalaşnikovlar Kremlə münasibətlərini dəyişmiş və Çeçenistan məsələsində münasibətdə Rusiya siyasətini tənqid etməyə başlamışdılar.

Digər xəbərlər