PDF Oxu

Dünya

  • 763

ABŞ və Rusiya yeni birgə təlim planlaşdırıb

ABŞ və Rusiya yeni birgə təlim planlaşdırıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiya və ABŞ-ın hərbi-hava qüvvələri 2011-ci ildə yeni birgə hərbi təlim keçirməyi planlaşdırmışdır. Şimali Amerika Havadan və Kosmosdan Müdafiə Komandanlığının (NORAD) məlumatına görə, 2010-cu ilin noyabrında ABŞ və Rusiyanın birgə keçirmiş olduğu hərbi təlimlər uğurla nəticələnmişdir. Yeni hərbi təlimlərdə Kanadanın da iştirakı gözlənilir. ABŞ, Kanada və Rusiya Hərbi-Hava Qüvvələrinin təlimi 2010-cu ilin 9-13 avqustunda keçirilmişdir. Hərbi təlimlərdə Rusiya Federal Aeronaviqasiya Xidməti və ABŞ Federal İdarəsinin Mülki Aviasiyası iştirak etmişdir. Təlim zamanı başlıca məqsəd terrorçuların ələ keçirmiş olduqları mülki layneri xilas etməli olmuşdur. Hava gəmisi Alyaskadan Sakit Okeana, oradan Uzaq Şərqə və əks marşrut üzrə hərəkət etmişdir. Təlimlərdə ABŞ-ın "Loskheed Martin F-22 Raptor" qırıcı təyyarələri və Rusiyanın "MiQ-31" hədəfi vuran qırıcı təyyarələri, o cümlədən, "Boeinq E-3B Sentru" və "A-50" uzaq hədəfləri müəyyən edən təyyarələr və yanacaqdolduran təyyarələr iştirak etmişdir.

Digər xəbərlər