PDF Oxu

Dünya

  • 941

Keçmiş İran şahının oğlu öz həyatına qəsd edib

Keçmiş İran şahının oğlu öz həyatına qəsd edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, keçmiş İran şahı Məhəmməd Rza Pəhləvinin kiçik oğlu ABŞ-ın Boston şəhərində öz mənzilində həyatına sui-qəsd etmişdir. Əlirza Pəhləvinin ölümü haqda məlumatı keçmiş şahın böyük qardaşı öz saytında vermişdir. Onun dediyinə görə, gənc Əlirza, milyonlarla digər gənc iranlılar kimi, vətəni üzərinə çökən şər və haqsızlıqlardan həyəcanlanırdı. Şahın böyük qardaşı gəncin bu kədərə dözmədiyini və son nəticədə özünə əl qatdığını təəssüflə qeyd etmişdir. Xatırladırıq ki, 44 yaşlı Əlirza Pəhləvi Harvard Universitetində oxuyurdu və yaxınlarda magistr dərəcəsi almalı idi. İran şahı Məhəmməd Rza Pəhləvi İslam inqilabı tərəfindən 1979-cu ildə devrilmişdi. Onun ailə üzvləri ölkə ərazisindən çıxarılmışdı. Şah 1980-cı ildə Qahirədə vəfat etmiş və orada da dəfn edilmişdi. Şahın kiçik qızı Leyla Pəhləvi 2001-ci ildə Londonda vəfat etmişdi. Şahın böyük oğlu Rza Pəhləvi 1984-cü ildən ABŞ-da yaşayır. Əvvəllər o, İranın mövcud hökumətini devirməyə hazır oduğunu bildirmişdi. O, qeyd etmişdi ki, onu konstitusiya monarxiyalı hökumətə seçəcəkləri təqdirdə, məmnuniyyətlə bu postu tutardı.

Digər xəbərlər