PDF Oxu

Dünya

  • 763

Misirdə 500-dək xristian nümayiş keçirib

Misirdə 500-dək xristian nümayiş keçirib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Misirin Asyut şəhərində 500 nəfərədək gənc xristian etiraz aksiyası keçirmişdir. Etiraz aksiyası keçirənlər şəhərin iqtidar partiyasının mənzil-qərargahı önünə toplaşmışlar. Onlar sinələrində gəzdirdikləri xaçları "qanları" ilə yuyacaqlarına and içmişlər. Nümayişçilər hökuməti Kopt xristianlarının qorunması üçün kifayət qədər tədbir görmədiklərini bildirmişlər. Nümayiş iştirakçıları polisi daşa basmışdır. Xatırladırıq ki, Kopt xristianları Misir əhalisinin 10 %-ə yaxınını təşkil edir. Bir müddət əvvəl, Qahirədə və Aleksandriyada da kütləvi etiraz aksiyası keçirilmişdi. Etiraz nümayişi yeni il gecəsi Kopt kilsəsi qarşısında törədilmiş terror aktına cavab olaraq təşkil edilmişdir. Xatırladırıq ki, terror aktı nəticəsində 21 nəfər həlak olmuşdur. Misir prezidenti Hüsnü Mübarək terror aktının məsuliyyətini xarici ölkələrin üzərinə qoymuşdur. Ancaq təhqiqatın ilkin nəticələrinə görə, terror aktlarının arxasında ərazini yaxşı tanıyan yerli ekstremistlər dayanır. Terror aktlarının təşkilində "Səlifiyyə" islamçı qruplaşması suçlu bilinir. Belə bir ehtimal irəli sürülür ki, onlara "Əl-Qaida" terrorçuluq şəbəkəsi dəstək verir.

Digər xəbərlər