ABŞ prezidenti Konqresdən dolayı dörd səfir təyin edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama Konqresdə tətillərin başlanmasından istifadə edərək, 4 səfir təyin etmişdir. ABŞ qanunçuluğuna əsasən, prezidentin namizədliyini irəli sürdüyü şəxslərin səfirlik məsələsi Konqresin Yuxarı Palatasında müzakirə edilməlidir.
Ancaq həmin vaxt Konqresdə tətillər olarsa, prezidentin fərdi qərar çıxarmaq hüququ vardır. Bu hüquqdan istifadə edən B.Obama qanunçuluğun müddəalarını pozmadan, Azərbaycan, Suriya, Türkiyə və Çexiyaya səfir təyin etmişdir. Bir neçə ay əvvəl, ABŞ prezidenti yuxarıda adları çəkilən ölkələrə namizədlərini Konqresə təqdim etsə də, qanunvericilər səfirlərin təsdiqini təxirə salmışdır.
ABŞ-ın Azərbaycandakı səfiri postuna Metyu Brayza, Suriyadakı səfiri postuna Robert Ford təyin edilmişdir. Xatırladırıq ki, M.Brayza əvvəllər ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliyində təmsil olunmuşdur. ABŞ-ın 2005-ci ildə Suriyada səfir göndərmək niyyəti 2010-cu ilin fevralında aşkarlanmışdır. R.Ford o vaxtdan B.Obamanın nəzərində Suriyaya namizəd kimi qərarlaşmışdı. ABŞ-ın Türkiyədəki səfiri postuna Frensis Riçardson, Çexiyadakı diplomatik nümayəndəliyinə isə Norman Eyzen təyin edilmişdir. Əgər 2011-ci ilin axırlarınadək, ABŞ Konqresinin növbəti sessiyasının başa çatması ərəfəsinədək B.Obamanın təyin etdiyi səfirlərin təyinatı Senatda öz təsdiqini tapmasa, onlar avtomatik olaraq, öz postlarını tərk etmək məcburiyyətində qalacaqdır.