PDF Oxu

Dünya

  • 846

Belarusun prezidentliyə 7 namizədi əleyhinə ittiham irəli sürülüb

Belarusun prezidentliyə 7 namizədi əleyhinə ittiham irəli sürülüb
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Belarus prezidentliyinə keçmiş namizədlərin yeddisi, o cümlədən, Vladimir Neklyayev əleyhinə, 19 dekabr kütləvi qanun pozuntusu təşkilatçıları kimi ittiham aktı irəli sürülmüşdür.
Belarus Cinayət Məcəlləsinin "Kütləvi qanun pozuntusu" - 293-cü maddəsi üzrə keçmiş ölkə prezidentliyinə namizədlər Andrey Sannikov, Nikolay Statkeviç, Vitali Rımaşevski, Aleksey Mixaleviç, Qriqori Kostusev və Dmitri Ussu əleyhinə cinayət işi qaldırılmışdır. Ölkənin rəsmi hüquq-mühafizə orqanlarında hadisəni şərh etməkdən imtina etmişlər. Bir müddət əvvəl, analoji maddə üzrə Belarus prezidentliyinə keçmiş namizəd Vladimir Neklyayev əleyhinə ittiham irəli sürülmüşdü. Onu 15 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
Dekabrın 19-dan 20-nə keçən gecə Belarus paytaxtında müxalifət tərəfdarları etiraz mitinqi keçirmişlər. Onlar Aleksandr Lukaşenkonun qələbəsinin saxtalaşdırdığını və prezident seçkilərinin yerli icra orqanlarının təzyiqi ilə keçirildiyini bildirirdilər. Müxalifət tərəfdarları səslərin yenidən hesablanmasını tələb edir və hücumla Hökumət Evini ələ keçirmək istəyirdilər. Hüquq - mühafizə orqanı əməkdaşları nümayişçiləri dağıtmağa nail olmuşlar. Ən azı 600 nəfər həbs edilmişdir.

Digər xəbərlər