PDF Oxu

Dünya

  • 827

Roma Papası korrupsiya əleyhinə reskript hazırlayıb

Roma Papası korrupsiya əleyhinə reskript hazırlayıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Roma Papası XVI Benedikt Vatikanda korruppsiya və çirkli pulların yuyulması əleyhinə reskript hazırlamışdır. Bu reskript "qeyri-qanuni maliyyə əməliyyatlarının dəf edilməsi" və "çirkli pulların yuyulması və maliyyə terrorçuluğu əleyhinə mübarizə"yə həsr edilir. Bu tədbir çərçivəsində Vatikanda maliyyə əməliyyatına nəzarət üzrə xüsusi orqan yaradılıb, aidiyyatı üzrə fəaliyyət göstərəcəkdir. Agentlik qeyd edir ki, bu cür addımın atılması Vatikanı "Ağ siyahı" adı altında təqdim edilən dövlətlərin bir hissəsinə çevirəcəkdir. Bu, özlüyündə çirkli pulların yuylması və maliyyə fırıldaqçılığının aradan qaldırılması sahəsində sərt qanunçuluğa əsaslanan ölkənin mövcudluğu demək olacaqdır.
Cari ilin 20 sentyabrında İtaliya polisi Vatikanın bank hesablarında saxlanılan 23 milyon avro məbləğində pula həbs qoymuşdur. Hakimiyyət dairələrinin diqqəti nəhəng banklara böyük məbliğdə pulların köçürülməsinə yönəldilmişdi. Hazırda Vatikandan Almaniyanın "J.P.Morqan Frankfurt" və İtaliyanın "Banca del Fucino" və "İntesa San - Paolo" banklarına köçürülən pulların təhqiqatı aparılır.
Vatikanda bank funksiyasını, əsası 1942-ci ildə qoyulmuş Dini Məsələlər İnstitutu yerinə yetirir. "IOR" bankirləri ilə əlaqədar təhqiqatlar Vatikanda anlaşılmazlığa səbəb olmuşdur. Oktyabrda Papa hökuməti İtaliya rəsmilərinə müraciət edib, bank dondurmalarını ləğv etməyi xahiş etsə də, rədd cavabı almışdır.

Digər xəbərlər