PDF Oxu

Dünya

  • 733

Afina məhkəmə binası yaxınlığında partlayış olub

Afina məhkəmə binası yaxınlığında partlayış olub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, dekabrın 30-da Afinanın mərkəzi hissəsində yerləşən məhkəmə binası qarşısında partlayış baş vermişdir. Bədən xəsarəti alan olmamışdır. Partlayışdan bir qədər əvvəl, naməlum şəxs polisə zəng edərək, partlayış haqda məlumat vermişdir. Adamlar dərhal hadisə yerindən uzaqlaşdırılmışdır. Partlayış nəticəsində məhkəmə binasının bir neçə pəncərəsi sınmışdır. İlkin məlumata görə, partlayıcı qurğu motosiklə bərkidilmişdir. Hələlik, partlayışın məsuliyyətini heç bir terrorçu təşkilat öz üzərinə götürməmişdir. İki həftə sonra Yunanıstandakı radikal anarxist qruplaşmalarından birinin bir neçə üzvünün məhkəmə prosesi başlayacaqdır. Belə bir ehtimal irəli sürülür ki, partlayış anarxistlərin məhkəmə proseslərinə təsir etmək məqsədilə törədilmişdir.

Digər xəbərlər