Dmitri Medvedev özünü yeganə prezident elan edir
Kremlin saytında yerləşdirilmiş məlumata görə, Rusiya prezidenti Dmitri Medvedev federasiya subyekti başçılarının özlərini prezident adlandırmalarını qadağan edən qanun qəbul etmişdir. Qanun "Rusiya Federasiyası dövlət hakimiyyəti subyektlərinin qanunvericilik və icraedici orqanlarının ümumi prinsiplərinin təşkili haqqında" adlanır və D.Medvedevin təklif etdiyi dəyişiklik də məhz bu qanunda edilmişdir.
Rusiya regionunun başçılarının hansı adı daşıyacaqları dəyişiklikdə öz ifadəsini tapmamışdır. Bununla belə, qanunda olan müddəaya görə, RF subyektlərinin yüksək titullu şəxslərin daşıdıqları vəzifələrin adlarının ölkə konstitusiyasında ifadə edildiyi bildirilir. RF Konstitusiyasına görə, federasiya subyektləri tarixi, milli və digər ənənələr nəzərə alınmaqla müəyyənləşdirilir.
D.Medvedevin qəbul etmiş olduğu yeni qanunda region prezidentləri 2015-ci ilin 1 yanvarınadək başqa ad daşımalı olacaqdır. "İTAR-TASS"ın məlumatına görə, bu cür subyektlər 12-dir: Buryat, Başqırdıstan, Mariy El Respublikası, Tatarıstan, Udmurdustan, Çuvaşıstan, Yakut-Saxa Respublikası, Adıgey, Dağıstan, İnquş Respublikası, Kabardin-Balkar və Qaraçay-Çərkəz.
Prezidentlərin adlarının dəyişdirilməsi ideyasını Çeçenistan-İçkeriya Respublikasının prezidenti Ramzan Kadırov cari ilin yayında ortaya atmışdı. O, sentyabrın 2-də yerli parlamentin yığıncağında öz "prezident" adını "dövlət başçısı" adı ilə əvəz etdirməyə nail olmuşdur. Buna baxmayaraq, R.Kadırov 2011-ci il aprelinədək - səlahiyyət müddəti başa çatanadək prezident adlandırılacaqdır.
Xatırladırıq ki, dekabrın 28-də D.Medvedev öz sərəncamı ilə regional qanunverici yığıncaqların dövlət dumaları adlandırılmasını ləğv etmişdir.